Pakistanlı alpinist azərbaycanlı İsrafil Aşurlunun köməyi ilə xilas edilib

Pakistanlı alpinist azərbaycanlı İsrafil Aşurlunun köməyi ilə xilas edilib Pakistanın Gilgit-Baltistan bölgəsində 8 min 126 metr hündürlüyü ilə "dünyanın 9-cu ən yüksək dağı" olan Nanqa Parbatda qar korluğu səbəbindən qapalı qalan alpinist Asif Bhatti xilas edilib.
Mətbuatda yer alan xəbərə görə, təxminən 7500 metr hündürlükdə ilişib qalan pakistanlı alpinist Bhatti azərbaycanlı alpinist İsrafil Aşurlunun köməyi ilə 4000 metrdəki baza düşərgəsinə çatıb. Macəra turizmi ilə bağlı fəaliyyətlər həyata keçirən Karakoram klubunun Twitter hesabından verdiyi məlumata görə, Nanqa Parbat dağına çıxan azərbaycanlı alpinist Aşurlu zirvəyə çıxmaqdan vaz keçərək pakistanlı alpinist Bhattinin enməsinə kömək edib.
Pakistanlı alpinistlər Məhəmməd Yunus və Fəzal Əli 6100 metr hündürlüyə qalxaraq Bhatti və Aşurluya enməyə kömək ediblər. Sosial şəbəkələrdə bir çox alpinist azərbaycanlı alpinist Aşurlunun zirvəyə qalxmağını və orda tək qalan Bhattiyə dəstəyini yüksək qiymətləndiriblər.

Tehsil-press.az



Oxşar xəbərlər