Böyük Britaniya : Rusiya hərbi potensialının yarısını itirib

Böyük Britaniya : Rusiya hərbi potensialının yarısını itirib Rusiya Ukraynadakı müharibə zamanı döyüş qabiliyyətinin demək olar ki, yarısını itirib.
Bunu Böyük Britaniyanın Müdafiə Qərargah rəisi Entoni Radakin deyib
Onun sözlərinə görə, 2022-ci ildə Rusiya Silahlı Qüvvələri 10 milyon artilleriya mərmisindən istifadə edib, ölkə isə ildə 1 milyona qədər mərmi istehsal edə bilir.
"Rusiya indi o qədər zəifdir ki, əks-hücum etmək gücünə malik deyil", - Radakin bildirib.
O, Rusiyanın müharibədə bu günə kimi 2500 tank itirdiyini bildirib. Entoni Radakin həmçinin xatırladıb ki, Rusiya ən yaxşı halda ildə cəmisi 200 tank istehsal edə bilər.

Tehsil-press.az



Oxşar xəbərlər