Danimarka Ukraynaya 190 milyon dollardan çox vəsait ayırıb və bu vəsait Ukrayna üçün artilleriya mərmilərinin alınmasına sərf olunacaq. Yardım paketinə hava hücumundan müdafiə raketləri də daxil olacaq.
Bu barədə Danimarka Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd edilib ki, Ukraynada hava hücumundan müdafiə raketləri, digər növ sursatlar, istehkamçı işi üçün maşınlara tələbat yüksəkdir.
Bəyanatda deyilir: “Bu, hökumətin bu gün Xarici Siyasət Şurası ilə məsləhətləşmələr apardığı Ukrayna üçün ianə paketinin bir hissəsidir”.
Danimarkanın müdafiə naziri Troels Lund Poulsen bildirib ki, bugünkü yardım paketi Danimarkanın lazım olduğu müddətcə Ukraynanın yanında olacağına dair mühüm siqnaldır.
“Mən şadam ki, biz Aİ-nin himayəsi altında birgə artilleriya sursatları alırıq və onu azadlıq mübarizəsi üçün tamamilə zəruri olan Ukraynaya bağışlayırıq”,- deyə nazir əlavə edib.
Nazir bəyan edib ki, Danimarka Aİ-nin Ukrayna üçün birgə artilleriya sursatları alması üçün təxminən 44 milyon dollar ayıracaq.
"Ukraynalıların azadlıq mübarizəsinə davamlı dəstək vermək üçün beynəlxalq əməkdaşlıq tamamilə vacibdir. Təəssüf ki, müharibə uzanır və çoxsaylı ianələrlə biz və müttəfiqlərimiz uzunmüddətli perspektivdə ukraynalıları dəstəklədiyimizə dair güclü siqnal göndəririk", - deyə nazir bildirib.
Yardım paketi Ukraynanın ehtiyacları və müraciətləri əsasında hazırlanıb.
Tehsil-press.az