Rusiyada kənddə yanğın baş verib

Rusiyada kənddə yanğın baş verib Rusiyanın Sverdlovsk vilayətinin Şaydurixa kəndində yanğın baş verib.
Yanğın nəticəsində 40-a yaxın ev zərər çəkib.
Müvəqqəti yaşayış məntəqəsi Nevyansk şəhərinin Mədəniyyət evində təşkil olunub.
Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, yanğının söndürülməsinə helikopter cəlb olunub:
“Yanğınla mübarizə davam edir. Yanğınsöndürənlər qrupu 140 nəfər və 46 ədəd texnika artırılıb”.
Rusiya Daxili İşlər Nazirliyinin regional Baş İdarəsinin mətbuat xidmətinin rəhbəri Valeri Qorelix kənddə ümumilikdə 365 nəfərin yaşadığını, 170 evin olduğunu bildirib.

Tehsil-press.az


Oxşar xəbərlər