G7 ölkələri Ukrayna ilə bağlı razılığa gəldilər

G7 ölkələri Ukrayna ilə bağlı razılığa gəldilər G7 ölkələri NATO-nun Vilnüs sammitindən sonra qəbul etdikləri birgə bəyannamədə Ukraynaya müdafiə təchizatında ümumi prioritetlər barədə razılığa gəliblər.
Kiyevə çatdırılmada prioritet hava hücumundan müdafiə sistemləri, artilleriya, uzaqmənzilli silahlar, zirehli texnika və döyüş təyyarələrinə veriləcək.
Bildirilib ki, G7 ölkələri Ukraynanın Avro-Atlantik tərəfdaşları ilə qarşılıqlı fəaliyyətinə, o cümlədən Ukrayna hərbçilərinin təliminə, kəşfiyyat məlumatlarının mübadiləsinə və hibrid təhdidlərə qarşı mübarizə də daxil olmaqla kibermüdafiə, təhlükəsizlik və dayanıqlılıq sahəsində təşəbbüsləri dəstəkləməyə daim kömək etmək barədə razılığa gəliblər.

Tehsil-press.az



Oxşar xəbərlər