Dmitri Kuleba müttəfiqlərini Kiyevin hərbi uğurlarını dəstəkləməyə çağırıb

Dmitri Kuleba müttəfiqlərini Kiyevin hərbi uğurlarını dəstəkləməyə çağırıb Ukrayna yaxın vaxtlarda müttəfiqlərindən ən müsir silahlar, o cümlədən hava hücumundan müdafiə sistemləri almağa ümid edir.
Bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba keçirdiyi onlayn mətbuat konframsında deyib. Nazirin sözlərinə görə, Ukrayna dəfələrlə bəyan edib ki, Rusiya raketləri və pilotsuz təyyarələri ilə mübarizə aparmaq üçün çoxlu miqdarda silah, xüsusən də hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var.
Bomba sığınacağından keçirilən onlayn mətbuat konfransı zamanı, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba müttəfiqlərini “qışdan sağ çıxmağa” və Kiyevin hərbi uğurlarını dəstəkləməyə çağırıb.
Xatırladaq ki, artıq ABŞ Ukraynaya Patriot raketdən müdafiə sistemlərini təhvil verməyə hazırdır. ABŞ mətbuatının yazdığına görə, bu barədə qərar müdafiə naziri və prezidentin təsdiqindən sonra bu həftə verilməlidir.

Tehsil-press.az


Oxşar xəbərlər