Aprelin 17-də Fransa Prezident Emmanuel Makronun etirazlar və pensiya yaşını yüksəltmək üzrə qeyri-populyar planları fonunda özünə verdiyi 100 gün başa çatmaq üzrədir. Son hadisələr göstərir ki, Makronun “uzaqgörən” planı heç də özünü doğrultmayıb.
Bunu Makronun həmin “100 gün” ərzində məqsədlərinə çatıb-çatmadığını müəyyənləşdirmək üçün keçirilən ictimai rəy sorğuları təsdiq edir.
Belə ki, “Le Figaro” qəzetinin “Odoxa”-“Backbone” şirkətləri vasitəsilə apardığı sorğunun iyulun 13-də elan edilən nəticələri onu deməyə əsas verir ki, Fransada baş verən iğtişaşlar, ölüm hallarının artması və irqi-ayrı seçkiliyin geniş vüsət alması Makron hakimiyyətinin sonunu yaxınlaşdırır.
Bir tərəfdən də Makronun məsuliyyətsiz bəyanatları, mətbuata verdiyi müsahibələr, xalqın istəyinə zidd qərarları Fransa vətəndaşlarını təngə gətirib. Bütün bunlar Fransada etiraz dalğasını getdikcə alovlandırır, polislə yerli əhali arasında qarşıdurmanı daha da gücləndirir. Makron hakimiyyətinə etiraz edənlərin sayı getdikcə artır. Ölkədə aparılan rəy sorğularının nəticələri göstərir ki, vətəndaşlar Makron hakimiyyətindən canlarını qurtarmaq istəyirlər.
“Le Figaro” qəzetinin keçirdiyi sorğunun nəticələrinə əsasən, fransızların 78 %-i E.Makronun öz məqsədlərinə çatmadığını düşünür. 81 %-i ədalət və asayiş məsələsində az və ya ümumiyyətlə irəliləyişin olmadığını hesab edir. Təxminən eyni göstəricilər milli təhsil sahəsində inkişaf (80 %), səhiyyə sisteminin yaxşılaşdırılması (79 %) və əmək şərtlərinin və əmək haqqının yaxşılaşdırılması (76 %) istiqamətlərində də olub.
Respondentlər, həmçinin hökumətdən də narazı olduqlarını bildiriblər. Belə ki, onların 65 %-i dövlət başçısının Baş naziri dəyişməli olduğunu düşünür. Qeyd edək ki, ötən il bu göstərici 57 % idi.
Fransızlar həmçinin, ölkənin daxili işlər naziri (46 %), səhiyyə naziri (46 %), əmək naziri (46 %), ədliyyə naziri (51 %), milli təhsil naziri (58 %), eləcə də həmrəy və sosial iqtisadiyyat məsələlərinə məsul dövlət katibinin (59 %) uzaqlaşdırılmasının tərəfdarıdır.
Belə olan halda Fransa dövlət və hökumət orqanlarında yaxın vaxtlarda dəyişikliklərin olacağı qaçılmazdır. Apreldə ölkəni sakitləşdirmək üçün özünə “100 gün” vaxt verən Makron görünür ki, tarixdən ibrət dərsi almaq istəmir. Buna görə də o, 100 günün tamamında Napoleon kimi öz siyasi taleyi ilə barışmalıdır.
Qeyd edək ki, 1815-ci ildə Vaterloo döyüşündə Napoleon ordusu tamamilə darmadağın edildikdən sonra imperator müttəfiqlər tərəfindən Elba adasına sürgünə göndərilir. Lakin o, Elba adasından qaçaraq Fransaya gəlir və 100 gün yenidən hakimiyyətdə olur. Lakin ordusunu yenidən toplayaraq Belçika üzərinə hücuma keçən Napoleonu ingilis-niderland-alman qüvvələri məğlub edir.
Tehsil-press.az