Paris dağılır - Makron isə belə əylənir-Video

Paris dağılır - Makron isə belə əylənir-Video Fransa Prezidenti Emmanuel Makron və həyat yoldaşı Bricit Makron Elton Conun Parisdə baş turan konsertinə qatılıblar.
Fransada baş tutan etirazlar fonunda Makron və xanımının konsertdə iştirakı, əylənməsi böyük hiddətə səbəb olub.
Fransa Prezidentinin konsertə qatılması sosial şəbəkələrdə əks-səda doğurub.
Maraqlıdır ki, Elton Conun konsertində iştirak edən Makron bu gün Brüsseldə baş tutan Avropa İttifaqının (Aİ) toplantısını yarımçıq saxlayaraq Parisə qayıdıb.
Görünür ki, Fransa Prezidenti konsertdə iştirakını təsdiq edən görüntülərin yayılmayacağından əmin olub. Makronun iştirakını təsdiq edən gizli görüntülər Fransa ictimaiyyətində tənqid olunduğu üçün o, "imici"ni düzəltmək görüntüsü yaradaraq bu gün keçirilən Aİ toplantısını tərk edib.
Həmin görüntüləri təqdim edirik:
Xatırladaq ki, 17 yaşlı əlcəzairəsilli şəxsin polis tərəfindən öldürülməsindən sonra Fransada etirazlar başlayıb.



Tehsil-press.az


Oxşar xəbərlər