Makron Fransada populyarlığını itirir - Sorğu

Makron Fransada populyarlığını itirir - Sorğu Fransa əhalisinin təxminən 60 faizi Prezident Emmanuel Makron və Baş nazir Jan Kasteksdən narazıdır.
Bunu Fransanın İctimai Rəy və Marketinq Tədqiqatları İnstitutu (IFOP) tərəfindən keçirilmiş son onlayn sorğunun nəticələri göstərir.
Sorğu dekabrın 9-dan 17-dək keçirilib və 18 yaşdan yuxarı 1 936 nəfəri əhatə edib.
Alınan məlumatlar göstərir ki, fransızların 60 faizi koronavirus infeksiyası səbəbindən hazırda karantində olan Makronun siyasətindən narazıdır.
Respondentlərin 59 faizi ölkənin Baş naziri Jan Kasteksdən də narazıdır.
Noyabr ayında aparılan araşdırmalar göstərmişdi ki, Fransanın 10 sakinindən yeddisi koronavirus pandemiyasına qarşı mübarizədə Makron administrasiyasına etibar etmir və hökumətin tədbirlərini qeyri-qənaətbəxş hesab edir.

Tehsil-press.az

Oxşar xəbərlər