Vilayət Eyvazov şəhid övladını yeni vəzifəyə təyin etdi

Vilayət Eyvazov şəhid övladını yeni vəzifəyə təyin etdi Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin Təhqiqat Bölməsinin rəisi polis mayoru Fərid Məmmədov vəzifəsindən azad edilib.
Bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Digər əmrlə Fərid Məmmədov Şəmkir Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin rəisi təyin edilib.
Qeyd edək ki, F.Məmmədov Birinci Qarabağ müharibəsi şəhidi Şərif Məmmədovun oğludur.

Tehsil-press.az


Oxşar xəbərlər