ABŞ ordusuna aid məxfi məlumatlar yayılıb

ABŞ ordusuna aid məxfi məlumatlar yayılıb ABŞ ordusuna aid məxfi tərkibli xeyli sayda elektron məktub texniki yanlışlıq səbəbindən Mali Respublikasına göndərilib.
ABŞ ordusuna aid domen Mali Respublikasının domeni ilə qarışdırılıb, bu da məxfi məlumatların yayılmasına səbəb olub.
Sözügedən elektron məktublarda diplomatik sənədlər, vergi qeydləri, şifrələr və yüksəkrütbəli zabitlərin istirahət proqramları kimi məlumatlar mövcud olub.
Məsələ ilə bağlı açıqlama verən Pentaqonun mətbuat katibi Tim Qorman onların bu problemlə bağlı məlumatlı olduğunu və əhəmiyyətli məlumatların yayılmasının gətirəcəyi problemlərə ciddi yanaşdıqlarını bildirib.

Tehsil-press.az


Oxşar xəbərlər