ABŞ-nin Ədliyyə Nazirliyi Kiyevə yardım, Ukraynada müharibə, həmçinin digər məsələlərlə bağlı Pentaqonun məxfi sənədlərinin internetə sızması ehtimalı ilə bağlı təhqiqata başlayıb.
Bu barədə nazirliyin bəyanatında bildirilib. Məlumata görə, sosial şəbəkələrdə dərc olunan sənədlərdə Çinə, həmçinin Asiya-Sakit Okean və Yaxın Şərq regionunun digər ölkələrinə aid informasiyalar da yer alıb.
Sənədlərin bir hissəsinin ötən qış ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Mark Milli və digər hərbçilər üçün hazırlandığı deyilir.
İnternetdə yayılan materiallarda, əsasən Ukraynanın hava hücumundan müdafiə sistemlərinin düzülüşü, artilleriya mərmilərinin istifadə sayı barədə məlumatlar, həmçinin Baxmut ətrafında vəziyyətə dair qiymətləndirmə yer alıb.
Tehsil-press.az