Bayden məxfi sənədlərin sızması nəticəsində dəymiş ziyanın qiymətləndirilməsinə göstəriş verib

Bayden məxfi sənədlərin sızması nəticəsində dəymiş ziyanın qiymətləndirilməsinə göstəriş verib ABŞ prezidenti Co Bayden ölkənin Milli Kəşfiyyat İdarəsinin direktoru Avril Haynsa məxfi sənədlərin sızması nəticəsində dəymiş ziyanı qiymətləndirməyi tapşırıb.
Bu barədə bazar ertəsi Ağ Evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.
Prezident Milli Kəşfiyyat İdarəsinin direktoruna bütün kəşfiyyat ictimaiyyəti arasında sistematik zərərin qiymətləndirilməsini aparmağı tapşırıb ki, biz nə ilə məşğul olduğumuzu daha yaxşı anlaya bilək. Həmçinin, Amerika prezidenti ABŞ administrasiyasının rəhbərliyinə müttəfiqlərin Pentaqondan məlumatların sızması ilə bağlı suallarına cavab verməyi əmr edib.

Tehsil-press.az



Oxşar xəbərlər