Pentaqon hələ də məxfi sənədlərin sızma miqyasını müəyyən edə bilmir və kəşfiyyat məlumatlarının yayılmasının mümkün nəticələrini öyrənir.
CNN telekanalı bu barədə ABŞ müdafiə nazirinin ictimai əlaqələr üzrə müavini Kris Migerə istinadla məlumat yayıb.
“Müdafiə Nazirliyi məlumatların yayılma miqyasını öyrənmək, dəyən zərəri qiymətləndirmək və nəticələri yüngülləşdirmək üçün görüləcək tədbirlər üzərində 24 saat çalışır”, - deyə Kris Miger bildirib. Onun sözlərinə görə, Birləşmiş Ştatların müdafiə naziri Lloyd Ostin aprelin 6-da sızma barədə məlumatlandırılıb və o vaxtdan bəri yuxarı komandanlıqla hər gün iclas keçirir.
Nazir müavini, həmçinin qeyd edib ki, Pentaqon təhqiqatla məşğul olan və nazirliyin bir neçə bölməsinin fəaliyyətini koordinasiya edən xüsusi qrup yaradıb.
Reuters agentliyi isə internetdə dərc olunan məxfi sənədlərin saxta ola biləcəyi və hazırda Pentaqonun onların doğruluğunu yoxlamağa başladığı barədə informasiya yayıb.
Qeyd edək ki, Çin də daxil olmaqla, Asiya-Sakit Okean və Yaxın Şərq regionu ölkələrinə aid informasiyaların yer aldığı həmin sənədlərdə, həmçinin Ukraynanın hava hücumundan müdafiə sistemlərinin düzülüşü, artilleriya mərmilərinin istifadə sayı və Baxmut ətrafında vəziyyətin qiymətləndirilməsi barədə məlumatlar var.
Tehsil-press.az