ADNSU QS reytinqində məşğulluq göstəricisinə görə Azərbaycanda I yerdədir

ADNSU QS reytinqində məşğulluq göstəricisinə görə Azərbaycanda I yerdədir “Quacquarelli Symonds” (QS) dünya universitetlərinin reytinq siyahısını açıqlayıb. Bu reytinq sıralaması 9 göstərici əsasında müəyyən edilir. Göstəricilər arasında ən yenilərindən biri məşğulluğa aiddir. Bu göstəriciyə görə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) dünya universitetləri arasında 271-ci və Azərbaycan universitetləri arasında 1-ci yerdədir.
Builki reytinqdə 104 ölkədən 2963 ən yaxşı universitet iştirak edib. Onlar arasında 1499 universitet yüksək nəticələr əldə edərək QS dünya universitetlərinin reytinq sıralamasına daxil olub. ADNSU bu il ilk dəfə olaraq reytinq sıralamasında 1201-1400-cü yerdə qərarlaşıb.
2023-cü ildə ötən illərlə müqayisədə ADNSU-nun professor-müəllim heyətinin “Scopus” bazasında məqalələrinə istinadların sayı artıb.

Tehsil-press.az


Oxşar xəbərlər