BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin 9 şagirdi qızıl və gümüş nişana layiq görülüb

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin 9 şagirdi qızıl və gümüş nişana layiq görülüb Elm və təhsil naziri Emin Əmrullayev Ümumi təhsil müəssisələrinin 2022-2023-cü tədris ili üzrə məzunlarının qızıl və gümüş nişanla təltif olunması haqqında əmr imzalayıb.
Əmrə əsasən, 126 şagird qızıl, 95 şagird isə gümüş nişanla təltif olunub.
Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyinin 9 şagirdi qızıl və gümüş nişana layiq görülüb.
Liseyin şagirdləri Misir Hüseynli, İlqarə Yusifzadə, Ayşan Hacıyeva, Nəzrin İsmayılova, Fidan Əhmədova, Salman Vahabov, Murad Novruzov qızıl, Raul Mahmudov və Fərhad Kərimbəyli isə gümüş nişanla təltif olunublar.
Qızıl və gümüş nişanla təltif olunan təhsilalanların adları məktəbin “Şərəf kitabı”na yazılacaq.

Tehsil-press.az




Oxşar xəbərlər