“Gənc istedadlar” liseyinin məzunları ali məktəblərə qəbul imtahanlarında yüksək nəticələr qazanıblar

“Gənc istedadlar” liseyinin məzunları ali məktəblərə qəbul imtahanlarında yüksək nəticələr qazanıblar Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyinin məzunları ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticələr qazanıblar.
2021-2022-ci tədris ili üzrə təhsil müəssisəsinin XI sinif məzunlarından 7 nəfəri- Nəriman Şirinli, Rəfsan Həbibullayev, Tamilla Süleymanova, Nuray Kərimi, Rəcəb İskəndərli, Ləman Cəfərli, Amin Zeynalov qızıl nişana, 2 nəfəri - Zəhra Məmmədli və Fərhad Hacıyev gümüş nişana layiq görülüblər.
Bu il liseyi 65 şagird bitirib.
Məzunlar yüksək ballarla respublikamızın, həmçinin Türkiyə, Sinqapur, Macarıstan, Gürcüstan və digər xarici ölkələrin nüfuzlu universitetlərinə qəbul olunublar.

Tehsil-press.az




Oxşar xəbərlər