Əfqanıstandan qanunsuz yollarla İrana keçmək istəyən bir qrup silahlı şəxs sərhədçilərin müqaviməti ilə qarşılaşıb. Silahlı toqquşmada bir nəfər İran sərhədçisi şəhid olub.
Bu barədə İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Naser Kənani bu gün Tehranda keçirdiyi ilk mətbuat konfransında məlumat verib. O nəzərə çatdırıb ki, adətən narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan qruplar İran sərhədçiləri ilə qarşılaşanda silah tətbiq edirlər.
N.Kənani bildirib ki, məsələ ilə əlaqədar Əfqanıstan tərəfinə xəbərdarlıq edilib. “Biz günahkarların cəzalandırılmasını və buna bənzər hadisələrin gələcəkdə baş verməməsi üçün Əfqanıstan hökumətindən tədbirlər görməyi tələb edirik”, - deyən N.Kənani qətlə yetirilən çavuş Məhəmməd Səyyadın ailəsinə hökumət adından başsağlığı verib.
Tehsil-press.az