Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova mayın 19-u Moskvada baş tutacaq Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təsdiqləyib.
Bu barədə Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə danışıb.
Onun sözlərinə görə, həmçinin Bakı və İrəvan arasında ayrıca danışıqlar olacaq: “Moskva müzakirələrin Ermənistan-Azərbaycan prosesinin irəliləməsinə və mübahisəli məsələlərin həllinə kömək edəcəyinə ümid edir”.
Xatırladaq ki, Azərbaycan və Ermənistan XİN başçıları Ceyhun Bayramov və Ararat Mirzoyanın Vaşinqtondakı görüşü 4 gün (1-4 may) davam edib. Nazirlər iki dəfə ABŞ Dövlət katibi Entoni Blinkenlə görüşüb. Danışıqlardan sonra Blinken bəyan edib ki, Azərbaycan və Ermənistan sülh müqaviləsinin imzalanması yolunda əhəmiyyətli irəliləyiş əldə ediblər.
Tehsil-press.az