Ağ Ev Co Baydenin bu il vəd etdiyi Afrika səfərini hələlik elan edə bilmir

Ağ Ev Co Baydenin bu il vəd etdiyi Afrika səfərini hələlik elan edə bilmir ABŞ administrasiyası Prezident Co Baydenin bu il vəd etdiyi Afrika səfərini hələlik elan edə bilmir.
Bu barədə jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə Ağ Evin mətbuat katibi Karine Jan-Pyer bildirib.
“Hazırda mən səfəri elan edə bilmərəm. Ancaq bildiyiniz kimi, Prezident keçən ilin sonunda Afrika liderləri ilə görüşdü. Bu, inanılmaz dərəcədə məhsuldar oldu. O, bu il Afrika qitəsinə səfər edəcəyinə söz verdi, - deyə mətbuat katibi qeyd edib.
Eyni zamanda, o, ABŞ-nin Afrika ölkələri ilə əlaqələri inkişaf etdirmək vədini yerinə yetirdiyini də vurğulayıb.
Xatırladaq ki, ABŞ-Afrika Sammiti ötən ilin dekabr ayında Vaşinqtonda keçirilib.

Tehsil-press.az


Oxşar xəbərlər