UNEC “Webometrics”də də ölkə birincisi oldu

UNEC “Webometrics”də də ölkə birincisi oldu Dünya universitetlərinin “Webometrics” reytinqinin (Webometrics Ranking of World Universities) 2023-cü il nəticələrinə əsasən Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) dünya universitetlərinin ilk 10 faizliyində yer alaraq ilk dəfə ölkə üzrə birinci yerə yüksəlib.
Dünyanın 32 minə yaxın ali təhsil müəssisəsinin reytinqini hazırlayan “Webometrics”də UNEC son illərdə 15 min universiteti geridə qoyub. UNEC 2023-cü ilin birinci reytinq cədvəlində 3644-cü pillədə Azərbaycan üzrə ikinci yeri tutmuşdursa, 6 ay sonra 3196-cı pilləyə yüksələrək ölkə birincisi olub.
Reytinq cədvəli ilə linkdə tanış olmaq mümkündür.

Tehsil-press.az



Oxşar xəbərlər