UNEC QS dünya universitetlər reytinqində ölkə birincisi oldu

UNEC QS dünya universitetlər reytinqində ölkə birincisi oldu QS dünya universitetlər reytinqi (QS World University Rankings 2024) açıqlanıb. Reytinq sıralamasında Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ölkə üzrə birinci olub. UNEC əvvəlki mövqeyini daha da möhkəmləndirərək, ən yaxşı 1001+ universiteti sırasında yer alıb.
2018-ci ildə qəbul edilən “UNEC-100” inkişaf strategiyasına əsasən, universitetin hədəfi 100 illiyində (2030) dünyanın TOP 500 universitetləri sırasına daxil olmaqdır. Bu istiqamətdə qarşıya qoyulan birinci məqsəd UNEC-in QS dünya universitetlər reytinqinə daxil olması idi və universitet ilk dəfə olaraq 2020-ci ildə QS-ə daxil oldu. İkinci məqsəd isə Azərbaycan üzrə QS-də birinci olmaq idi, 2023-cü ildə UNEC ölkə birincisi oldu.

Tehsil-press.az




Oxşar xəbərlər