BDU könüllüləri “Neft Daşları”ında

BDU könüllüləri “Neft Daşları”ında Bakı Dövlət Universitetinin (BDU) könüllüləri SOCAR-ın dəstəyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Bir əsrin izində” layihəsi çərçivəsində “Neft Daşları”na səfər ediblər.
Səfər zamanı iştirakçılar dünyada açıq dənizdə sənaye üsulu ilə qazılan ilk neft quyusuyla tanış olublar. Onlara quyunun tarixi və istismar dövrü, həmçinin buradakı neft hasilatının hansı proseslərdən keçdiyi barədə məlumat verilib.

Tehsil-press.az



Oxşar xəbərlər