“Heydər Əliyev İli” çərçivəsində Azərbaycan Elm və Təhsil Nazirliyinin dəstəyi və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycanın yeni neft strategiyası” mövzusunda mühazirələrin təşkilinə start verilib.
Tədbirin açılış mərasimi və tələbələr üçün ilk mühazirə Bakı Ali Neft Məktəbində (BANM) təşkil olunub.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş sərgi ilə tanış olublar.
SOCAR-ın mətbuat katibi Orxan Hüseynovun moderatorluğu ilə keçirilən tədbirdə “Heydər Əliyev İli” çərçivəsində təşkil olunacaq mühazirələr haqqında ümumi məlumat verilib, daha sonra “Ulu Öndər və Azərbaycan gəncləri” adlı videoçarx nümayiş etdirilib.
Açılış nitqi ilə çıxış edən BANM-in rektoru Elmar Qasımov xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyasının ölkəmizdə bütün istiqamətlərdə, o cümlədən elm və təhsil sahəsində əldə olunan mühüm nailiyyətlərin təməlini qoyduğunu vurğulayıb.
Azərbaycanın müasir neft strategiyasının əsasının 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” ilə qoyulduğunu qeyd edən SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov bu sazişin olduqca çətin siyasi və geosiyasi proseslərin baş verdiyi dövrdə Ulu Öndərin müdrik və məqsədyönlü siyasəti nəticəsində imzalandığını bildirib. 1990-cı illərin əvvəllərində Azərbaycanın üzləşdiyi ağır böhran vəziyyətindən bəhs edən SOCAR-ın vitse-prezidenti Ümummilli Liderin yeni neft strategiyasının uğurlu icrası nəticəsində yalnız neft sənayemizin deyil, bütövlükdə ölkəmizin hərtərəfli inkişafının təmin olunduğunu qeyd edib.
Elm və təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edərək Heydər Əliyevin ölkəmizin ən yeni tarixində müstəqil Azərbaycan dövlətinin siyasi, iqtisadi, hüquqi, sosial-mədəni əsaslarını yaradan və inkişafını təmin edən qüdrətli şəxsiyyət olduğunu bildirib.
İl ərzində keçirilməsi nəzərdə tutulan silsilə mühazirələr ölkəmizin aidiyyəti ali təhsil müəssisələrində təşkil olunacaq. Habelə, bir sıra orta məktəblərin şagirdlərinin SOCAR-ın müxtəlif müəssisələrinə səfərləri baş tutacaq.
Tehsil-press.az