Yasamalın Kubinka adlanan ərazisinin Cəlil Məmmədquluzadə və Zivər bəy Əhmədbəyov küçələrində yaşı 200-dən çox olan köhnə, uçuq, təhlükəli binalar sökülür.
Tezliklə yaşamaq üçün yararsız, istismar müddəti bitən bu binalar yeniləri ilə əvəz olunacaq. Yeni tikililər modern və tam təhlükəsiz hündürmərtəbəli binalar olacaq. Yeni kompleksin tikinti işlərini həyata keçirən “RR Constructions” şirkəti ilə sakinlərin böyük əksəriyyəti arasında artıq müqavilə də imzalanıb. Müqaviləyə uyğun olaraq sakinlər hazırkı yaşayış yerlərini kirayə mənzillərə dəyişiblər.
Sakinlər bu köhnə, yararsız binaların sökülməsini çoxdan gözlədiklərini deyirlər: “Hər şey bizim istəyimizə uyğun olaraq razılaşdırıldı. Pulumuz da verilib, kirayə mənzillərin ödənişləri də olunur. Evlər tikilənə qədər kirayədə yaşayacağıq və vaxtında ödənişlər ediləcək. Köhnə, təhlükəli evlər idi. Hər şey ola bilərdi. Bir dəfə zəlzələ oldu ev toz-torpaq içində idi. Hər an evlər dağıla bilərdi”.
“RR Constructions” başqa ünvanlarda da tikinti işlərini həyata keçirib və uğurlu alınıb. Buna görə də sakinlər şirkətə etibar edir.
Şirkətin hüquqşünası Qulam İsmayılzadə deyir ki, “RR Constructions” köhnə tikililəri sökərək yerində müasir tələblərə uyğun binalar ucaldır: “Ərazidə 15 bloklu 11 bina inşa ediləcək. Premium klass mənzillərin olması nəzərdə tutulub. Binalar 3 liftlə təmin olunacaq. Bundan başqa, ərazidə 2500 ağacın əkilməsi də nəzərdə tutulub. Həmçinin, park, idman meydançaları və uşaqlar üçün əyləncə meydançaları olacaq".
Tehsil-press.az