Məhkəmə Navalnıya 19 il həbs cəzası verdi

Məhkəmə Navalnıya 19 il həbs cəzası verdi Moskva Şəhər Məhkəməsi Aleksey Navalnıya 19 il müddətinə azadlıqdan məhrum edilmə cəzası verib.
“A.A.Navalnıya 19 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin və cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin”, - hakim Andrey Suvorov hökmü elan edib.
Məhkum ekstremist təşkilat yaratmaqda, o cümlədən onun işində iştirakda, habelə ekstremist fəaliyyəti maliyyələşdirməkdə, buna açıq çağırışlar etməkdə və azyaşlıları həyatları üçün təhlükəli fəaliyyətlərə cəlb etməkdə ittiham olunub.
Prokuror ona 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Xatırladaq ki, Aleksey Navalnı 2022-ci il martın 22-də fırıldaqçılıq və hakimi təhqir etməsi ittihamı ilə 9 il azadlıqdan məhrum olunub.

Tehsil-press.az


Oxşar xəbərlər