Atambayev 11 il müddətinə həbs olundu

Atambayev 11 il müddətinə həbs olundu Bişkekin Pervomay Rayon Məhkəməsi Qırğızıstanın keçmiş Prezidenti Almazbek Atambayevi əmlakı müsadirə edilməklə 11 il 2 ay müddətinə azadlıqdan məhrum edib.
Kriminal avtoritet Əziz Batukaevin qanunsuz olaraq sərbəst buraxılmasında və korrupsiya əməllərində təqsirləndirilir.
“Məhkəmə Almazbek Atambayevin korrupsiyanı təşkil etməkdə təqsirli bilinməsi, dövlət mükafatlarından məhrum edilməsi və əmlakının müsadirə olunması ilə 11 il 2 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb”,-deyə məhkəmənin qərarında bildirilib.
Kriminal avtoritetin qanunsuz olaraq sərbəst buraxılmasında təsirləndirilən şəxslər arasında Qırğızıstanın keçmiş baş prokuroru İndira Coldubayevin də olduğu bildirilib. Coldubayev məhkəmə qərarı ilə 5 milyon som (66.6 min dollar) cərimə cəzasına məhkum edilmiş və III dərəcəli dövlət müşaviri rütbəsindən və “Əməkdar hüquqşünas” fəxri adından məhrum edilib.

Tehsil-press.az

Oxşar xəbərlər