Rusiya Dövlət Dumasının hakim “Vahid Rusiya” partiyasından olan vitse-spikeri Pyotr Tolstoy Azərbaycan-Rusiya münasibətləri və Qarabağda baş verən proseslərlə bağlı növbəti qalmaqallı açıqlama verib. O, Azərbaycanın digər bir sıra keçmiş sovet respublikaları kimi, Rusiyanın geosiyasi vektorunda olduğunu, bunun siyasi, iqtisadi, coğrafi və tarixi faktorlardan doğduğunu deyib.
O, Azərbaycan da daxil olmaqla bu ölkələrin Rusiyasız mövcud ola bilməyəcəyini qeyd edib. Göründüyü kimi, Dövlət Dumasının kifayət qədər yüksək ranqlı rəsmisinin bu açıqlamaları iki ölkə arasında mövcud olan münasibətlərin ruhuna tamamilə ziddir. Məhz bu kontekstdə Pyotr Tolstoyun açıqlaması anlaşılan deyil və Rusiya ilə Azərbaycan arasında münasibətlərə kölgə salır. Rusiyalı siyasətçi unutmamalıdır ki, Azərbaycanın qədim və zəngin dövlətçilik tarixi, ənənələri, milli mədəni irsi, görkəmli simaları var. Bu dövlətçilik ənənələri Rusiyanın Cənubi Qafqaza gəlişindən qat-qat əvvəl mövcud olub və XIX əsrin əvvəllərində Çar qoşunlarının ölkəmizi işğal etməsinə baxmayaraq, davam edib. Məhz bu ənənələr, görkəmli simalar 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasına vəsilə olub.
Hər kəs bilməlidir ki, Azərbaycan müstəqil dövlətdir və müstəqil siyasət həyata keçirir. 32 illik müstəqillik dövrü ərzində Azərbaycan müstəqilliyini möhkəmləndirib və heç kimdən, o cümlədən də Rusiyadan asılı vəziyyətdə deyil. Hazırda Azərbaycan beynəlxalq münasibətlər sisteminin nüfuzlu üzvlərindən biridir. Azərbaycan regional və qlobal əhəmiyyətli bir sıra layihələrə ev sahibliyi edir, böyük uğurlar qazanır. Balanslı və uzunmüddətli perspektivə hesablanan bu siyasət sayəsində ölkəmiz davamlı inkişaf və stabil ictimai-siyasi quruluşa malikdir.
Təəssüf ki, Rusiyada Azərbaycanla əlaqələrə kölgə salan Konstantin Zatulin, Vitali Milonov kimilərinin sayı yüksələn xətt üzrə irəliləyir ki, bu hal, o cümlədən də Rusiya Dövlət Dumasının üzvü Pyotr Tolstoyun açıqlaması dövlətlərarası münasibətlərə xələl gətirir. Zərərli açıqlamalar mehriban qonşuluq siyasətinə zərər vurur, yersiz gərginlik doğurur. Amma Rusiyada tək ayrı-ayrı siyasətçilər deyil, eyni zamanda, son zamanlar Rusiya mediasında da anti-Azərbaycan abu-havası artır, ölkəmizin ünvanına kəskin hücumlar özünü açıq büruzə verir. Bir mərkəzdən idarə olunan bu açıqlamalar planlı və ardıcıl xarakter daşıyır.
Rusiya Xarici İşlər Nazirliyinin son açıqlamaları da göstərir ki, bu xətt təsadüfi deyil. Bu ittihamların və iddiaların haradan, hansı səbəbə qaynaqlandığı hamıya bəllidir. Hamı bilməlidir ki, müstəqil dövlət kimi Azərbaycan öz ərazisində prosesləri ölkə qanunvericiliyi çərçivəsində tənzimləməlidir və tənzimləyir. Qarabağdakı ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyası da daxil olmaqla, bütün məsələlər bu kontekstdə qiymətləndirilməlidir. Bu, zəruri prosesdir və bu prosesə maneçilik törədilməsi cəhdləri iflasa məhkumdur. Bu prosesə mane olmaq istəyən istənilən tərəfin cəhdləri uğursuzluqla nəticələnəcək və buna şübhə yoxdur. Buna görə də ölkəmizə qarşı bu hücumların müəllifləri və icraçıları başa düşməlidirlər ki, bu yolla Azərbaycana təsir göstərmək, onu yolundan döndərmək mümkün deyil.
Tehsil-press.az