Fazil Mustafanın işi ilə bağlı tutulanlardan biri hakim qarşısına çıxarılır

Fazil Mustafanın işi ilə bağlı tutulanlardan biri hakim qarşısına çıxarılır Dövlətə xəyanətdə ittiham olunan Həsən Hüseynovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Cinayət iş üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Siyavuş Hacıyevin sədrliyi ilə araşdırılacaq.
Qeyd edək ki, Həsən Hüseynov deputat Fazil Mustafaya onu terrorla öldürəcəkləri barədə təhdid ünvanlayan Hüseyn Hüseynovun qardaşıdır.
Həsən Hüseynov Tural Məmmədova İran xüsusi xidmət orqanlarının tapşırıqlarının icrası müqabilində pul vəsaitlərinin göndərilməsini təşkil edib. (Tural Məmmədov xarici xüsusi xidmət orqanlarının tapşırığı ilə Azərbaycanda güdmə, tapşırılan ünvanların gizlin videoçəkilişlərini apardığına görə, hava məkanında obyektlərin hərəkət trayektoriyası müşahidə edən İrandan göndərilmiş xüsusi qurğu ilə həbs edilib).
Ona qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb.
Həsən Hüseynov həmçinin terrorçuluğa cəhd və dövlətə xəyanət əməllərinə görə hazırda İranda gizlənən İsgəndər Hüseynovun qardaşı oğludur.

Tehsil-press.az


Oxşar xəbərlər