Salyanda VII qrant müsabiqəsinin qalibləri ilə görüş keçirilib

Salyanda VII qrant müsabiqəsinin qalibləri ilə görüş keçirilib Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin qalibləri ilə görüş keçirilib.
Görüşdə Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli bildirib ki, qrant müsabiqəsi gənc nəslin fiziki, intellektual və mənəvi inkişafının təmin edilməsi, vətənpərvərlik ruhunda tərbiyə olunması, ictimai fəallığının artırılması, eləcə də innovativ ideyalarının və yaradıcı təşəbbüslərinin dəstəklənməsi məqsədilə həyata keçirilir. Vurğulanıb ki, təhsil işçiləri müasir çağırışlara hazır olmalı, ölkənin inkişafında, onun modernləşdirilməsində yaxından iştirak etməlidirlər.
Görüşün sonunda müsabiqənin əhəmiyyəti və vacibliyi barədə danışan idarə müdiri layihələri yüksək dəyərləndirərək qalibləri təbrik edib, onlara uğurlar arzulayıb.
Qeyd edək ki, təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsində Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə 17 layihə qalib olub.

Tehsil-press.az


Oxşar xəbərlər