Bakı Dövlət Universitetində (BDU) universitetdaxili “50+50” qrant proqramının növbəti mərhələsinin qalibləri və ixtisaslar üzrə müsabiqə komissiyalarının üzvləri ilə görüş keçirilib.
BDU-nun Mətbuat və informasiya şöbəsindən Tehsil-press.az-a verilən məlumata görə, Elm və innovasiyalar üzrə prorektor, AMEA-nın müxbir üzvü, professor Aydın Kazımzadə qalibləri təbrik edərək bildirib ki, universitetdaxili “50+50” qrant proqramı BDU-da çalışan professor-müəllim heyətinin, əməkdaşların, doktorant, magistrant və bakalavr pilləsində təhsil alan tələbələrin elm və təhsildə qazandıqları nailiyyətləri daha da inkişaf etdirmək məqsədi ilə 2009-cu ildən təsis olunub.
Artıq bir neçə ildir ki, bu proqram çərçivəsində élan edilən müsabiqələrin əhəmiyyətindən danışan prorektor qeyd edib ki, son illər universitetdə elmi tədqiqatların keyfiyyətinin yüksəldilməsi və səmərəliliyinin artırılması, alınmış nəticələrin beynəlxalq informasiya agentlikləri tərəfindən indekslənən nüfüzlu jurnallarda dərc edilməsi, xüsusilə gənclərin elmi fəaliyyətə cəlb edilməsi məqsədi ilə bir sıra tədbirlər həyata keçirilib və “50+50” qrant proqramı da belə tədbirlərdən biridir.
Məlum olub ki, 2016/2017-cı illər üzrə elan edilən müsabiqəyə təqdim edilən 80 layihədən 48-i qalib olub. Prorektor qalibləri maraqlandıran sualları cavablandıraraq onlara layihələrin icrası və alınacaq elmi nəticələrin Tomson Röyters və digər nüfuzlu agentliklər tərəfindən indekslənən jurnallarda dərci istiqamətində tövsiyələrini verib.
Tehsil-press.az