Rusiyanın Türkiyədəki səfirinin qətli işi ilə əlaqəli daha bir nəfər saxlanıldı

Rusiyanın Türkiyədəki səfirinin qətli işi ilə əlaqəli daha bir nəfər saxlanıldı Türkiyənin xüsusi xidmət orqanları 2016-cı ildə Ankarada qətlə yetirilən rusiyalı səfir Andrey Karlovun işi ilə bağlı daha bir nəfəri saxlayıb.
Sözügedən şəxs İstanbulda FETÖ terror təşkilatına qarşı keçirilən əməliyyat zamanı saxlanılıb.
Saxlanılan qadının rusiyalı diplomatın qətlə yetirilməsində iştirak edən şəxslərdən birinin həyat yoldaşı olduğu bildirilir.
Xatırladaq ki, A.Karlov 2016-cı ilin dekabrında Ankarada baş tutan fotosərginin açılışında polis əməkdaşı Mevlüt Mert Altıntaş tərəfindən öldürülüb. Altıntaş hadisə yerində zərərsizləşdirilib. Ankara İkinci Ağır Cinayətlər Məhkəməsi Karlov cinayəti ilə əlaqədar 5 nəfərə ömürlük, 8 nəfərə 5 ildən 15 ilədək həbs cəzası verib, 6 nəfər isə bəraət alıb.

Tehsil-press.az


Oxşar xəbərlər