Sudanın Cənubi Darfur əyalətində baş verən qarşıdurmalara görə 20 minə yaxın insan evlərini tərk etmək məcburiyyətində qalıb.
Bu barədə BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi məlumat yayıb.
“Son günlərdə Cənubi Darfurda baş verən qanlı toqquşmalarla bağlı xəbərlərdən dərin narahatıq”, - məlumatda deyilir.
Təşkilat vəziyyəti yaxından izlədiyini və Cənubi Darfura humanitar yardımın çatdırılmasını asanlaşdırmaq üçün çalışdıqlarını vurğulayıb. Həmçinin toqquşmaların hazırda Şərqi Darfurdan Nyalaya yardımın çatdırılmasına mane olmasından təəssüf hissi ifadə edilib.
Tehsil-press.az