ABŞ Nigerə hərbi müdaxiləni son çarə kimi görür

ABŞ Nigerə hərbi müdaxiləni son çarə kimi görür Amerika Birləşmiş Ştatları Nigerdəki vəziyyətin diplomatik yolla həllinə sadiqdir.
Bunu Dövlət Departamentinin mətbuat xidməti rəhbərinin müavini Vedant Patel brifinqdə deyib.
“Qərbi Afrika Ölkələri İqtisadi Birliyi (ECOWAS) açıq şəkildə bildirdi ki, hərbi müdaxilə son çarə olmalıdır. Biz bununla razılaşırıq və məsələnin diplomatik yolla həllinə çalışırıq. Biz ECOWAS ilə sıx əlaqə saxlayırıq".
Vedant Patel, həmçinin qeyd edib ki, ABŞ vəziyyətin sülh yolu ilə həllini istəyir.

Tehsil-press.az



Oxşar xəbərlər