Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üçün hər zaman addımlar atır, amma Ermənistan tərəfi elə bəyanatlarla çıxışı edir ki, münaqişənin sülh yolu ilə həllinə heç bir inam qalmır.
Bunu xarici işlər naziri Elmar Məmmədyarov Bakıda ATƏT-in hazırkı sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçakla görüşü ilə bağlı mətbuat konfransında deyib.
Nazir bildirib ki, M.Layçak da münaqişənin sülh yolu ilə nizamlanması məsələsində kifayət qədər nikbindir:
“Mən cənab Layçakdan xahiş etdim ki, bu məsələləri Yerevana səfəri zamanı qaldırsın. Biz bilməliyik ki, insanları sülhə, yoxsa münaqişənin digər yolla həllinə hazırlayaq”.
Tehsil-press.az