Bakı Ali Neft Məktəbinin 26 məzunu Dövlət Proqramının qalibi olub

Bakı Ali Neft Məktəbinin 26 məzunu Dövlət Proqramının qalibi olub SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) 26 məzunu “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın iştirakçısı adını qazanıb. Onlar nüfuzlu universitetlərdə magistratura təhsili alacaqlar.
2023-2024-cü tədris ili üçün həyata keçirilən sənəd qəbulunun növbəti nəticələri üzrə magistratura səviyyəsinə qəbul olan 270 namizədin 26 nəfəri Bakı Ali Neft Məktəbinin məzunudur. Onlar müasir dövrün tələblərinə cavab verən və ən yaxşı ixtisaslarda təhsil alacaqlar.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq olunan Dövlət Proqramının əsas məqsədi gənclərə xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilalma imkanları yaratmaqla, ölkəmizin dayanıqlı inkişafını təmin edəcək və qlobal çağırışlara cavab verəcək yeni texnologiyaları çevik mənimsəyən, praktiki bilik və bacarıqlara yiyələnən, müasir və gələcək əmək bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli və yüksəkixtisaslı peşəkar kadrların hazırlanmasını təmin etməkdir.

Tehsil-press.az


Oxşar xəbərlər