ADNSU-nun 8 məzunu Dövlət Proqramı çərçivəsində dünyanın nüfuzlu universitetlərinə qəbul edilib

ADNSU-nun 8 məzunu Dövlət Proqramı çərçivəsində dünyanın nüfuzlu universitetlərinə qəbul edilib Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) 8 məzunu “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nın iştirakçısı olub və dünyanın nüfuzlu universitetlərinə qəbul edilib.
Məzunlar Dövlət Proqramı ilə magistr təhsil pilləsi üzrə ABŞ-ın Dyuk Universiteti, Nyu-York Universiteti, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Lankaster Universiteti, Niderland Krallığının Delft Texnologiya Universiteti, İtaliyanın Roma Sapientsa Universiteti və digər yüksək reytinqli ali məktəblərin tələbəsi adını qazanıblar.
Xatırladaq ki, 2023-2024-cü tədris ili üçün həyata keçirilən sənəd qəbulunun növbəti nəticələri üzrə 200 namizəd müvafiq seçim qaydalarına aid meyarlara uyğun olaraq Dövlət Proqramı iştirakçısı adını qazanıb.

Tehsil-press.az


Oxşar xəbərlər