Avqustun 15-nə keçən gecə və səhər saatlarında Ukraynanın bir sıra iri şəhərləri kütləvi raket hücumuna məruz qalıb.
Rusiya silahlı qüvvələri Lvov, Dnepr, Lutsk, Xmelnitsk, Zaporojye və Kramatorsk şəhərlərini raket atəşinə tutub. Rusiyanın hava hücumları nəticəsində dağıntılar və yanğınlar baş verib, ölənlər və xəsarət alanlar var.
Lvov vilayət hərbi administrasiyasının açıqlamasına görə, vurulan raketlərin qalıqları yaşayış binalarında yanğına səbəb olub. “İnsanlar təxliyə edilib, zərərçəkənlər var. Onlara hər cür lazımi tibbi yardım göstərilir”, - deyə məlumatda bildirilib.
Şəhərin bir sıra yerlərdə kiçikmiqyaslı yanğınlar olub. Lakin onlar qısa vaxtda söndürülüb. Lvovdakı hipermarketlərdən birinin tavanı raket qalıqlarının düşməsi nəticəsində uçub. Avtomobillərə ziyan dəyib.
“Təəssüf ki, xeyli ziyan dəyib. Raket uşaq bağçasının həyətinə düşüb. Yüzdən çox ev zədələnib, 500-dən çox pəncərə sınıb, uşaq bağçası dağılıb”, - deyə məlumatda qeyd olunub.
Lutsk şəhər hərbi administrasiyasının məlumatında isə raket hücumu nəticəsində şəhərdə müəssisələrdən birinin dağıldığı qeyd olunub. Nəticədə 3 nəfər həlak olub, 4 nəfər yaralanıb. Ölənlər və xəsarət alanlar müəssisənin işçiləridir.
Dneprdə isə raketin qalığı bir müəssisəyə ziyan vurub, iki nəfər yaralanıb.
Donetsk vilayətinin Kramatorsk şəhərində ticarət bazası raketlə vurulub. Şəhər meri Oleksandr Qonçarenkonun məlumatına görə, nəticədə 2 nəfər həlak olub, 1 nəfər yaralanıb.
Ukrayna Silahlı Qüvvələrinin yaydığı məlumata görə, Rusiya Ukrayna ərazisinə 28 qanadlı raket atıb, onlardan 16-si zərərsizləşdirilib.
Tehsil-press.az