BMT-nin Qərbi Afrika və Sahel üzrə xüsusi nümayəndəsi Leonardo Santos Simao ölkədəki böhranın hakimiyyəti ələ keçirən ordu ilə həlli perspektivlərini müzakirə etmək üçün Nigerə səfər edəcək.
Bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinin sözçüsü Stefan Düjarrik bildirib.
Onun sözlərinə görə, xüsusi nümayəndə Santos Simao tezliklə Nigerin paytaxtı Niameydə olacaq.
O, Vətənin Qurtuluşu üzrə Milli Şura ilə görüşməli, həmçinin erkən və sülh yolu ilə həll üçün Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyinin nümayəndələri və digər maraqlı tərəflərlə əlaqə saxlamalıdır.
Tehsil-press.az