Rusiyanın Yekaterinburq şəhərində Beynəlxalq Universitet İdman Festivalında boks yarışlarında ikinci günün döyüşləri keçirilir.
Yekaterinburq şəhərinin 300 illik yubileyinin qeyd olunmasına həsr edilən turnirdə Azərbaycan millisi artıq 2 medalı təmin edib.
Elbrus Rzayevin rəhbərlik etdiyi komandada Nicat Hüseynovun (54 kq) debütü uğurlu alınıb. Avropa çempionumuz 1/4 finalda belaruslu İvan Zaxarenkonu məğlub edib.
Şəmsi Şahbazov (71 kq) da festivala qələbə ilə başlayıb. O, tacikistanlı Abdulahad Boboyevdən güclü olub.
Hər 2 boksçumuz yarımfinala yüksəlməklə özü üçün ən azı bürünc medalı da təmin edib.
Onlardan fərqli, İlqar Salahov mükafatın bir addımlığında dayanıb. 67 kq çəkidə rinqə çıxan idmançı 1/8 finalda İvan Bezrukova (Rusiya) qalib gəlsə də, ardınca Yəhya Eskanderə (İrak) məğlub olub.
Qeyd edək ki, Beynəlxalq Universitet İdman Festivalında Azərbaycan 10 boksçu ilə təmsil olunur.
Tehsil-press.az