“Minsk 2019” ikinci Avropa Oyunlarında karate yarışlarının sonuncu görüşündə Azərbaycan karateçisi Rafael Ağayev (75 kq) finalda ukraynalı Stanislav Horuna ilə üz-üzə gəlib.
Görüşdə məğlub olan R.Ağayev ikinci Avropa Oyunlarında Azərbaycanın aktivinə 10-cu gümüş medalı yazdırıb. Bu, Azərbaycan millisinin “Minsk 2019”da 28-ci medalı olub. Bu medalların 5-i qızıl, 10-u gümüş, 23-ü isə bürüncdür.
R.Ağayev qrup mərhələsindəki birinci görüşdə britaniyalı Co Kellaueyi 3:2 hesabı ilə məğlubiyyətə uğradıb. İkinci qarşılaşmada türkiyəli Erman Eltemuru minimal hesabla məğlub edən karateçimiz sonuncu görüşdə macarıstanlı Qabor Harspataki ilə xalsız heç-heçə edib. Bununla da qrupu birinci sırada başa vuraraq yarımfinala yüksələn R.Ağayev finala vəsiqə uğrunda qarşılaşmada estoniyalı Pavel Artamonova 2:1 hesabı ilə qalib gəlib.
Xatırladaq ki, beşqat dünya, onqat Avropa çempionu olan Rəfael Ağayev iki dəfə İslam Həmrəyliyi Oyunlarının qalibi adını qazanıb.
Tehsil-press.az