“Xanım nazirlə Şərq-Qərb-Orta dəhlizi və onun artan rolu barəsində danışdıq”.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov belçikalı həmkarı Hadja Lahbib ilə keçirdiyi mətbuat konfransında deyib.
C.Bayramov bildirib ki, Zəngəzur dəhlizi də Şərq Qərb - Orta dəhlizinin yeni bir qolu kimi əhəmiyyətlidir.
Nazir 2020-ci ildə ölkəmiz tərəfindən Ermənistanın işğalına son qoyulduqdan sonra bölgədə yaranan imkanları xanım nazirin diqqətinə çatdırıb: “Bu gün xanım nazirlə təkbətək və geniş tərkibli görüş zamanı, Azərbaycan-Belçika, Azərbaycan-Avropa İttifaqı, eləcə də regional məsələlər barəsində müzakirələr apardıq. Azərbaycanda 18 Belçika şirkəti fəaliyyət göstərir. 2022-ci ildə qarşılıqlı ticarət dövriyyəsi 80 milyon ABŞ dolları olub. Bu rəqəm ölkələrimiz arasında olan mövcud potensialı əks etdirmir. Azərbaycan Belçikaya 250 milyon ABŞ dolları yatırım edib”.
***
"Azərbaycan dövləti tərəfindən konstruktiv addımlar atılır".
Bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Belçikanın xarici işlər naziri Hadja Lahbiblə birgə keçirdiyi mətbuat konfransında deyib.
"Laçın-Xankəndi yolu ətrafında baş verən proseslər barədə xanım nazirə məlumat verdim. Son günlər ərzində sülhməramlıların müraciəti əsasında erməni sakinlərin keçidi tam sərbəst şəkildə həyata keçirilib. Laçın yolundan Ermənistanın qanunsuz istifadə halları barədə xanım naziri məlumatlandırdım. Azərbaycan bunun qarşısını almaq üçün sərhəd keçid məntəqəsi qurdu. Bundan sonrakı dönəmdə bunu həzm edə bilməyən Ermənistan təxribatlara əl atdı. Yolların məqsədli şəkildə bloklanması kimi addımlar qəbuledilməzdir. Bu, beynəlxalq normalara uyğun deyil. Laçın yolu məsələsinin siyasiləşdirilməsi doğru deyil", - deyə XİN başçısı bildirib.
Tehsil-press.az