“Namaza 60 yaşdan sonra başlayacağam”

“Namaza 60 yaşdan sonra başlayacağam” Son zamanlar açıqlamaları ilə gündəmdən düşməyən Türkiyənin məşhur müğənnisi Serdar Ortaç bu dəfə həyatı ilə bağlı verəcəyi qərarlarla diqqət çəkib.
Sənətçi sosial şəbəkədə canlı yayım açaraq izləyicilərinə həyatı ilə bağlı danışıb.
53 yaşlı pop ulduz təqaüdə çıxacağını açıqlayıb və bildirib ki, bu yay etdiyi qastrol səfəri sonuncudur.
Serdar Ortaç musiqini atıb kənddə məskunlaşacağını və namaza başlayacağını açıqlayıb: “Namaza başlayacağam, amma hələ zamanı deyil. 60 yaşdan sonra başlayacağam. İndi namaz qıl, axşam səhnəyə çıx və içki versinlər. Nə işə yaradı? Savab edirəm, yoxsa günah? Məni bu həyatda ən çox nə xoşbəxt edər? Heç nə xoşbəxt etməz. Allahin rəhməti məni xoşbəxt edəcək.
Kəndə köçəcəyəm, bu, mənim vida turumdur. 60 əyaləti gəzib bitirib təqaüdə çıxacağam. Mən qəti qərar verdim, 2024-cü ildə sənətdən gedəcəyəm. Mən yetkinliyimin zirvəsindəyəm”.

Tehsil-press.az


Oxşar xəbərlər