Milanda 260 illik temperatur rekordu qırıldı

Milanda 260 illik temperatur rekordu qırıldı İtaliyada fəaliyyət göstərən Regional Ətraf Mühitin Mühafizəsi Agentliyi (ARPA) İtaliyanın şimal bölgələrində yerləşən Milan şəhərində 1763-cü ildən bəri temperatur rekordunun qırıldığını açıqlayıb.
Açıqlamada temperaturun 33 dərəcəyə yüksəldiyi və bu rekordun son rekordunun 11 avqust 2003-cü ildə 32,8 dərəcə selsi olduğu bildirilib.
İtaliyanın Lombardiya bölgəsindəki bəzi şəhərlərdə 22-23 avqust tarixləri arasında termometrlərin 40 dərəcə isti göstərdiyi bildirilib.
Açıqlamada, intensiv və anomal temperaturların Alp dağlarına da təsir etdiyi, gələn həftədən etibarən temperaturun 10-15 dərəcə azalacağı, tufanla müşayiət olunan şiddətli yağışların olacağı qeyd olunub.

Tehsil-press.az



Oxşar xəbərlər