Fransa hakimiyyəti məktəblərdə əbayələrin - bədəni tamamilə örtən və paltarın üstündən geyilən müsəlman qadın paltarlarının geyinilməsini qadağan etmək niyyətindədir.
Bu barədə ölkənin milli təhsil və gənclərlə iş üzrə naziri Qabriel Attal bildirib.
“Respublikada məktəb dünyəvilik kimi möhkəm prinsiplər üzərində qurulub. Dünyəvilik məktəb vasitəsilə özünü azad etmək azadlığıdır. Sinif otağına girəndə şagirdlərin dinini sadəcə onlara baxmaqla müəyyən edə bilməməlisən”, - deyən nazir gələn həftə məktəb rəhbərləri ilə bu qadağanın necə həyata keçiriləcəyini müzakirə edəcəyini söyləyib.
Qeyd edək ki, 2004-cü il martın 15-dən Fransanın təhsil müəssisələrində dini rəmzləri və ya dini inancları simvolizə edən geyimlər qadağan olunub. O vaxtdan bəri ölkədə müsəlman geyiminə qadağa qoyulması ilə bağlı müzakirələr müntəzəm olaraq qızışıb və bu geyimin təhsil müəssisəsinin girişində çıxarılması tələb olunur.
Tehsil-press.az