Nüvə silahlarının tamamilə qadağan edilməsi haqqında konvensiyanın hazırlanması üzrə konfransın iştirakçıları müvafiq sazişin iyulun 7-də qəbul edilməsinə ümid edirlər.
Təhsil-press.az-ın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, cümə axşamı BMT-nin Nyu-Yorkdakı mənzil qərargahında danışıqların ikinci mərhələsi start götürəcək.
"İyulun 7-də bu saziş üzərində işi başa çatdırmaq və onu qəbul etmək üçün yaxşı şanslar var", - bunu jurnalistlərə nüvə silahından tam imtinaya dəstək beynəlxalq kampaniyasının nümayəndəsi Beatris Fin deyib.
B.Fin qeyd edib ki: "Qərar qəbul edilən kimi hökümətlər bu qərara riayət etməli olacaqlar və bu qərara əhəmiyyət vermiyə bilməyəcəklər. Sazişin üzv dövlətlərinin sayı artır". Mart ayında konfransda 132 ölkənin nümayəndəsi iştirak edib.
Qeyd edək ki, nüvə silahının tam qadağan edilməsi haqqında konvensiyanın hazırlanması üzrə konfrans BMT-də 27 mart tarixində başlayıb və bir həftə sürüb. 40-a yaxın ölkə, həmçinin BMT TŞ-nın daimi üzvləri (Böyük Britaniya, Çin, Rusiya, ABŞ, Fransa) bu konfransda iştirak etməyib. Konfransın ikinci mərhələsi iyunun 15-i başlayacaq və 3 həftə sürəcək.
Təhsil-press.az