ABŞ, Yaponiya və Cənubi Koreyanın qarşıdurma xarakterli hərəkətləri Koreya yarımadası ətrafındakı regionda sabitliyi pozur və dəniz də daxil olmaqla nüvə müharibəsi riskini artırır.
Bu sözləri Kareya Xalq Demokrtaik Respublikasının (KXDR) lideri Kim Çen In Koreya Xalq Ordusunun Hərbi Dəniz Qüvvələri Komandanlığına səfəri zamanı deyib.
“Bir müddət əvvəl ABŞ, Yaponiya və Cənubi Koreyadan olan ordu rəhbərləri bir araya gələrək müxtəlif birgə hərbi təlimlər keçirəcəklərini bəyan etdilər və onları həyata keçirməyə başladılar. ABŞ da daxil olmaqla, düşmən qüvvələrin ehtiyatsız qarşıdurma manevrləri ucbatından Koreya yarımadasının ətrafındakı sular bu gün dünyanın ən böyük hərbi texnikanın cəmləşdiyi əraziyə və nüvə müharibəsi riski ilə ən qeyri-sabit su ərazisinə çevrilib”, - Koreya Mərkəzi Xəbər Agentliyi ölkə rəhbərinin sözlərindən sitat gətirib.
Kim Çen In deyib: “Mövcud vəziyyət ölkənin Hərbi Dəniz Qüvvələrindən daimi döyüş hazırlığını, gözlənilməz hallar yaranarsa, düşmənin müharibə əzmini qırmağa hazır olmaq üçün bütün səyləri göstərməyi tələb edir”.
Tehsil-press.az