Kim Çen In nüvə müharibəsi ilə hədələdi

Kim Çen In nüvə müharibəsi ilə hədələdi Pxenyan Vaşinqton və Seulla potensial hərbi münaqişələrdə nüvə silahından istifadə etməyə hazırdır.
Bu barədə Şimali Koreya lideri Kim Çen In Koreya müharibəsinin başa çatmasının 69-cu ildönümünü qeyd edərkən bildirib.
Həmçinin o, Şimali Koreyaya hücum olacağı təqdirdə cənub qonşusunu məhv etməklə hədələyib:
“Seulda hökumətə “quldurlar” rəhbərlik edir və yeni seçilmiş prezident Yun Sok Yol “ara qarışdırandır”.
Qeyd edək ki, bu həftə ABŞ və Cənubi Koreya ordusu “Apaçi” hücum helikopterlərini sınaqdan keçirib. İki ölkənin ənənəvi manevrləri pandemiyanın yaratdığı 3 illik fasilədən sonra bərpa edilib.

Tehsil-press.az


Oxşar xəbərlər