Cənubi Koreya ABŞ ilə mümkün nüvə təlimlərindən danışıb

Cənubi Koreya ABŞ ilə mümkün nüvə təlimlərindən danışıb Cənubi Koreya və ABŞ Birləşmiş Ştatların nüvə güclərindən istifadə etməklə mümkün birgə təlimi müzakirə edirlər.
Bu barədə Cənubi Koreya prezidenti Yun Sok-yeol “The Chosun Ilbo” qəzetinə müsahibəsində bildirib.
Siyasətçi qeyd edib ki, iki dövlətin nümayəndələri danışıqlar aparır, onlar təlimlərin birgə planlaşdırılması ilə məşğuldurlar:
“Nüvə silahları ABŞ-yə məxsusdur, lakin Cənubi Koreya və ABŞ məlumatları paylaşmalı, təlimləri birlikdə planlaşdırmalı və keçirməlidir”.
O qeyd edib ki, ABŞ və Cənubi Koreya hakimiyyəti Şimali Koreyadan (KXDR) gələn nüvə təhlükəsinə qarşı mübarizə çərçivəsində belə bir qərar qəbul edə bilər.
Yun Sok-yeol vurğulayıb ki, təlimlər ABŞ tərəfindən genişləndirilmiş çəkindirmə tədbirlərinin daha effektiv şəkildə həyata keçirilməsi üçün planlaşdırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər