Nigerdən sonra bu ölkədə də çevriliş oldu

Nigerdən sonra bu ölkədə də çevriliş oldu Nigerdən sonra daha bir Afrika ölkəsində - Qabonda da çevriliş olduğu bildirilir.
Beynəlxalq agentliklərin məlumatına görə, bir qrup hərbçi Qabonda hakimiyyəti ələ keçirdiklərini açıqlayıb.
Əsgərlər ölkədə Prezident Əli Bonqonun üçüncü dəfə qalib gəldiyi seçkilərin ləğv edildiyini bəyan ediblər.
“Qabon 24” televiziya kanalına danışan hərbçilər ölkədəki bütün təhlükəsizlik və müdafiə qüvvələrini təmsil etdiklərini iddia ediblər.
OPEC üzvü olan ölkənin hökumətindən hələlik heç bir açıqlama verilməyib.

Tehsil-press.az



Oxşar xəbərlər